AQTA sədri sahibkarları dinləyib

post-img

Noyabrın 28-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) inzibati binasında agentliyin sədri Qoşqar Təhməzli tərəfindən çörək istehsalı, dəyirman və taxıl idxalı sahəsində fəaliyyət göstərən sahibkarların qəbulu keçirilib.

Agentlikdən bildiriblər ki, qəbul zamanı sahibkarların müraciətləri və təklifləri dinlənilib, sualları cavablandırılıb, aidiyyəti üzrə göstərişlər verilib. Həmçinin müvafiq sahədəki vəziyyət bir daha nəzərdən keçirilərək qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin müvafiq tələblərə cavab verməsinin əhəmiyyəti vurğulanıb, sahibkarlara mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumat verilib.

Xatırladaq ki, Q.Təhməzli bundan əvvəl süd və süd məhsulları, ət və ət məhsulları, o cümlədən balıqçılıq, eyni zamanda alkoqollu və alkoqolsuz içkilərin, unlu qənnadı məmulatlarının, yem, yem əlavələri, baytarlıq preparatları və vaksinlərin istehsalı, ixracı və idxalı, həmçinin ictimai iaşə xidmətləri, o cümlədən restoranlar, şadlıq evləri, otellərin qida blokları, kafelər, dönər emalı və satışı, keytrinq xidməti və sair sahələrdə fəaliyyət göstərən sahibkarları qəbul edib.

Qeyd edək ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı hər həftənin IV günü Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Agentlik sədri Qoşqar Təhməzlinin keçirdiyi vətəndaş qəbulunda iştirak edə bilərlər.













Sosial həyat