Sergey Maçexin: Enerji keçidi yalnız balanslı bir yanaşma ilə mümkündür

post-img

Enerji keçidi yalnız balanslı bir yanaşma ilə mümkündür. Bu, yalnız hidroelektrik enerji keçidinin və nailiyyətinin təmin edilməsinin əsas elementlərindən biri olacaq.

Bunu AZƏRTAC-a müsahibəsində COP29-un iştirakçısı, “РусГидро” Publik Səhmdar Cəmiyyətinin layihə mühəndisliyi, davamlı inkişaf və beynəlxalq əməkdaşlıq üzrə baş direktorunun müavini Sergey Maçexin deyib. O qeyd edib ki, “РусГидро” elektrik enerjisi istehsal edən və su ehtiyatının ən böyük istifadəçisi olan şirkətdir.

“Biz azərbaycanlı həmkarlarımızla mövcud elektrik stansiyalarının əməliyyat səmərəliliyinin artırılması məsələsini müzakirə etməyə hazırıq. Müzakirə etmək istədiyimiz ikinci məsələ sudan istifadədir”, - deyə Sergey Maçexin əlavə edib.

Baş direktorun müavini bu yaxınlarda Bakıda olarkən həmkarları ilə iki ölkə arasında qarşılıqlı əməkdaşlıq barədə danışıqlar apardığını bildirib: “COP29 bu dialoqu davam etdirmək və bir növ razılığa gəlmək üçün əla bir fürsətdir”.

Sosial həyat