Sığortaolunanların sayı 3,09 faiz artıb

post-img

Bu ilin yanvar-oktyabr aylarında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 153 min 807 nəfər və ya 3,09 faiz artıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib

Beləliklə, bu il noyabrın 1-nə qədər uçota alınmış sığortaolunanların sayı 5 milyon 138 min 308 nəfər təşkil edib.

Sosial həyat