Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyahlar qrupu Cəbrayıl rayonu ərazisində yerləşən tarixi abidə – Xudafərin körpüsündə olub.
Körpüsünün tarixi barədə, Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət izləri haqqında səyyahlara məlumat verilib.
***
Füzuli rayonuna gələn səyyahlar işğaldan azad edilən Kənd Horadiz ərazisində ANAMA-nın apardığı minatəmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, Kənd Horadizin ərazisində əsasən tankəleyhinə minalar basdırılıb. Axtarış zamanı ərazidə partlamamış digər silah-sursatlar da aşkarlanır.
Xarici səyyahlara erməni işğalı zamanı törədilən vandalizm, rayon ərazisində Azərbaycan dövlətinin həyata keçirdiyi quruculuq işləri barədə də ətraflı məlumat verilib.
Dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020–2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 səfəri təşkil olunub. Bu səfərlərdə, ümumilikdə, 50-dən artıq ölkədən 400-dən çox məşhur beynəlxalq səyahətçi iştirak edib.
XQ