Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “COP29: Tələbələrin yaşıl missiyası” mövzusunda maarifləndirici görüş keçirilib.
ADPU-dan bildirilib ki, görüşün məqsədi iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf mövzularında tələbələrin məlumatlılığını artırmaq və onları bu qlobal problemin həllinə cəlb etməkdir.
Tədbirdə görüşün xüsusi qonağı və təlimçisi, Skandinaviya İnkişaf Akademiyasının yaradıcısı, şəxsi inkişaf və ünsiyyət bacarıqları üzrə mütəxəssis Ağa Mehdiyev qlobal iqlim dəyişikliyi mövzusunda geniş məlumat verib. Təlimçi iqlim dəyişikliyi ilə mübarizədə gənclərin rolunu vurğulayıb, onların bu mübarizəyə fəal şəkildə qoşulmasının zəruriliyini qeyd edib.
Görüşdə qlobal təşəbbüslər və yaşıl iqtisadiyyatın yaradılmasında gənclərin roluna dair müzakirə aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.