Cari ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 5345 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bunun 5121-i fiziki, 224-ü isə hüquqi şəxslər və digər təşkilatlar olub. Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz artıb.
Bu ilin 9 ayında kommersiya qurumlarının 81,2 faizi elektron qaydada, 18,8 faizi isə kağız daşıyıcısında müraciətlər əsasında qeydiyyata alınıb.