Xəzər rayonunda velosiped və mobil telefon oğurlanıb

post-img

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində ayrı-ayrı vaxtlarda 4 nəfərin ümumi dəyəri 1000 manatdan artıq velosipedlərinin oğurlanması barədə polisə məlumatlar daxil olub. Xəbəri DİN mətbuat xidməti verib. 

Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 19 yaşlı E.Süleymanov və daha 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Buzovna qəsəbəsində “Nissan” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən M.Mahmudov, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Hüseynov saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.  

P.ƏMİRCANOV
XQ

Sosial həyat