Son vaxtlar Samux rayonunda abadlıq-quruculuq işləri, yeni yaşıllıqların salınması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Yol kənarlarındakı tikililər, hasarlar yendən təmir olunur, estetik cəhətdən daha da gözəlləşdirilir. Səkilər çəkilir, onlara tamet daşlar düzülür, işıqlandırma sistemi yenilənir. Hər gün ən azı 50 nəfər bu işlərin sürətlə, həm də keyfiyyətlə görülməsinə çalışır, Samuxun daha da gözəlləşməsi naminə əllərindən gələni edirlər.
"Yaşıl dünya naminə həmrəylik ili" və COP-29 layihələri çərçivəsində isə rayonda 20 hektar ərazidə 12.000 ədəd çinar, tut, eldar şamı və olyandr ağacları əkiləcəkdir. Artıq bu işlərə də start verilib. Həm şəhərin Heydər Əliyev prospektində, həm də Ziyadlı kəndinin ərazisində, Kür yolu boyunca yeni yaşıllıqlar salınır.
Rayon icra hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri Elmar Qarayev deyir ki, Samux sakinləri görülən işləri yüksək qiymətləndirməklə yanaşı özləri rayonda həyata keçirilən tədbirlərdə, iməciliklərdə yaxından və həvəslə iştirak edirlər.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Samux rayonu