İqlim Fəaliyyəti üzrə Komissar: Elmi araşdırmalar üçün digər ölkələrə dəstək olmaq vacibdir

post-img

“Geosiyasi problemlər çox mürəkkəb məsələdir, ancaq bəhanə ola bilməz. Dubayda əldə olunan nailiyyətlər genişləndirilməlidir. Bizim 2050-ci ilədək xalis sıfır karbon emissiyasına nail olmaq məqsədimiz var”.

Bunu Pre-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Troyka ölkələri”nin “1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi" mövzusunda yan tədbirdə Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra deyib.

O qeyd edib ki, bu sahədə elmi araşdırmalar üçün digər ölkələrə dəstək olmaq vacibdir: “Bir sıra layihələr var ki, bunların icrası mütəxəssislərin iştirakı ilə sürətləndirilməlidir. İqlim dəyişikliyinin Yer kürəsinə təsiri və ölkələrin bu istiqamətdə görməli olduğu işlər müzakirə olunmalıdır. Biz hədəflərimizin 90 faizini 2040-cı ilə qədər yekunlaşdırmaq istəyirik”.

Sosial həyat