Bakıda yeni parklanma məntəqələri istifadəyə verilib

post-img

Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının bir çox yerlərində avtomobilləri saxlamaq üçün yeni və müasir parklanma məntəqələri istifadəyə verilir.

AYNA-dan bildirilib ki, Alı Mustafayev küçəsində 17 yerlik parklanma məntəqəsinin təşkili üçün nişanlanma işləri görülüb.

Bundan başqa, Mərdanov qardaşları küçəsində 1 məntəqədə yol nişanı quraşdırılaraq ödənişli parklanma tətbiq edilib. Əlavə olaraq, Mərdanov qardaşları, Yusif Məmmədəliyev və Alı Mustafayev küçələrində mövcud parklanma məntəqələrində 5 ədəd məlumat lövhəsi yol nişanı quraşdırılıb.

Paytaxtın Mikayıl Müşfiq küçəsində isə 2 ədəd “Dayanma və durma qadağandır” yol nişanı quraşdırılıb.

Bu istiqamətdə işlər davam etdiriləcək.

İqtisadiyyat