Aspirin: necə və nə zaman?

post-img

"Aspirin, şübhəsiz ki, insanlığın ən önəmli kəşflərindən biridir". Bu sözləri həkim-kardioloq Üzeyir Rəhimov deyib. O bildirib ki, ürək və beyin damar xəstəliklərdən baş verən ölümləri azaltmaqda və insan ömrünü uzatmaqda aspirin qədər effektli bir dərman yoxdur: "Ancaq gələcəkdə ürək, beyin və damar xəstəliklərini önləmək üçün profilaktik olaraq aspirinin istifadəsi sübuta yetirilməmişdir. Hətta əksinə, aspirinin profilaktik olaraq istifadə edilməsi hər min nəfərdən üçündə mədə qanamasına və bir neçəsində isə beyin qanamasına səbəb olur".

Kardioloqun sözlərinə görə, həkiminiz məsləhət görmədiyi, yəni damarda daralma olduğunu bilmədiyiniz müddətdə qoruyucu olaraq aspirin istifadə etməyinizin sizə heç bir faydası yoxdur.

P.ƏFƏNDİ 
XQ

 

Sosial həyat