“Qu quşu” bürcündə 3 ulduz

post-img

Alimlər TESS kosmik teleskopundan istifadə edərək üç ulduzdan ibarət yeni sistem aşkar ediblər. “TIC 290061484” adlanan üçlü ulduz sistemi “Cygnus” (“Qu quşu”) bürcündə yerləşir. İki əkiz ulduz bir-birininin ətrafında cəmi 1,8, üçüncü ulduz isə bu cütlüyün ətrafında 25 Yer günündə tam dövr edir. Beləliklə, alimlər bütün məlum üçlü ulduz sistemləri arasında xarici ulduzun ən qısa orbital dövrünü tapıblar. Əvvəlki rekord 33 Yer günü idi.

Alimlərin fikrincə, belə unikal üçlü ulduz sistemləri çox nadirdir. Lakin qalaktikada onların çox olduğu ehtimal olunur. Sadəcə, müasir texnologiyalar hamısını aşkarlamağa imkan vermir. 

Yeni ulduz sistemi çox sıx konfiqurasiyaya malik olsa da, sistemin özü təəccüblü dərəcədə sabitdir. Astronomların sözlərinə görə, hər bir ulduzun cazibə qüvvəsi sistemdəki obyektin orbitlərinə o qədər də təsir etmir. Əgər ulduzlar eyni müstəvidə yerləşməsəydilər, o zaman belə bir sistem daha qeyri-sabit olardı. Təqribən 20–40 milyon ildən sonra iki daxili ulduzun bir-birinə yaxın fırlanacağı, sonda onların birləşərək partlayacağı ehtimal olunur.

Pünhan 
XQ

 

Dünya