MEK-in elektron kitabxanası yeni nəşrlərlə zənginləşir

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) elektron kitabxanasına yeni nəşrlər daxil olub. Bu barədə qəzetimizə kitabxanadan məlumat verilib.

Qeyd edək ki, riyaziyyat, informatika, fizika, ədəbiyyat, linqvistika və başqa elm sahələrini əhatə edən nəşrlər sırasında “Elmi-tədqiqat üsulları”, “Kompüter modelləşdirilməsi (dərs vəsaiti)”, “Kondensə olunmuş hallar fizikası”, “Adi diferensial tənliklərdən məsələ və misallar (dərs vəsaiti)”, “Bitki akarologiyası”, “Azərbaycan təsəvvüf ədəbiyyatı”, “Ümumi fizika kursu”, “Ölçüyə görə kvantlanmış sistemlər fizikası”, “XIV əsr nəsr abidəsi Mustafa Zərininin “Siyərün-Nəbi” əsərinin leksikası”, “Erməni dilində Azərbaycan-türk mənşəli sözlər” və başqaları yer alıb.

Mərkəzi Elmi Kitabxananın saytına daxil olaraq, yeni nəşrləri onlayn rejimdə oxumaq mümkündür.

Sərgilənən nəşrlər elmi tədqiqatla məşğul olan mütəxəssislər, araşdırmaçılar, ali məktəb tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, MEK-də yeni daxil olan ədəbiyyatların ənənəvi sərgisi də təşkil olunub.

XQ

 

Son xəbərlər