“Xəbər Agentliklərinin gələcəyi”

post-img

Romada AXAA-nın Baş Assambleyası keçirilib

Romada İtaliyanın ANSA agentliyinin təşkilatçılığı ilə Avropa Xəbər Agentlikləri Alyansının  “Xəbər agentliklərinin gələcəyi” mövzusunda konfransı və Baş Assambleyası keçirilib.

Tədbirlərdə EANA-nın üzvü olan AZƏRTAC, həmçinin təşkilata daxil olan agentliklərin nümayəndələri iştirak ediblər.

Konfransda xəbər agentliklərinin maliyyə mənbələrinin şaxələndirilməsi, informasiyanın gənc nəslə çatdırılmasının səmərəli yolları və yeni tədqiqatlar, süni intellektin xəbər istehlakına mümkün təsirləri müzakirə olunub.

Baş Assambleyada təşkilatın cari məsələlərinə baxılıb. EANA-nın “Maksim Minçev” Mükəmməllik Mükafatının qalibi “Süni intellekt əsaslı radio xəbərlər” layihəsi ilə Finlandiyanın STT agentliyi seçilib.

Keçirilən seçkilər zamanı Belçikanın “Belga” agentliyinin rəhbəri Patrik Lakroiks EANA-nın İdarə Heyətinin yeni üzvü, Aleksandru Giboi isə yenidən baş katib seçilib.

Son xəbərlər