Ağdamda multikulturalizm dərsi

post-img

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi “Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” adlı XV Beynəlxalq Multikulturalizm Məktəbi dünən Ağdam şəhərində davam edib. 

Məktəb iştirakçıları əvvəlcə 4 il əvvəl sentyabrın 27-də başlamış Vətən müharibəsində işğaldan azad edilmiş, erməni vandalizminin yer üzündən sildiyiə Ağdamın dağıntılarına baxıblar, şəhərdə aparılan geniş bərpa-quruculuq işləri ilə yaxından tanış olublar. Müxtəlif xalqları təmsil edə beynəlmiləl qrup Ağdam Cümə məscidində, Şəhidlər xiyabanında, İmarət Kompleksinndə olublar.

Saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini anım duruşu ilə yad ediblər.

Sonra tələbələr Mədəniyyət Nazirliyinin bərpa mütəxəssisi Ləman Əliyevanın “Azərbaycan mədəni irsinə qarşı vandalizm aktları” mövzusunda mühazirəsini dinləyiblər. 

Bildirilib ki, 30 illik işğal dövründə Ermənistan dövləti Azərbaycanın 20 faiz ərazisində şəhər və kəndləri yer üzündən silib, mədəni irsi bütünlüklə məhv edib, 800 min əhalini öz yurdunda məcburi köçkünə çevirib, ətraf mühitə sağalmaz yaralar vurub. Ermənilərin irimiqyaslı mina terroru dinc şəraitdə çoxsaylı soydaşımızın həyatına son qoyub, insanlara əlillik gətirib. Bütün bunlara baxmayaraqQərb ölkələrindəki  himayədarları bu gün də Ermənistanın bəşəri cinayətlərinə göz yumur, bu ölkədə revanşizmi qızışdırırlar. 

Mühazirə maraqla dinlənilib, verilən suallar cavablandırıb.

XQ 
 

 

Sosial həyat