Laçında Anım Günü qeyd edilib

post-img

Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyi və “Laçın Abadlıq Xidməti” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən Anım Günü tədbirinə şəhid ailələri, qazilər, hərbçilər və yerli sakinlər qatılıblar. 

İştirakçılar Qarıkaha kəndində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. “LaCinema” kinoteatrında davam edən tədbirdə himnimiz səsləndirilib və şəhidlərin ruhu birdəqiqəlik sükutla yad edilib. 

Tədbirin rəsmi hissəsində Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşı Nəsimi Məmmədov, Milli Qəhrəman Oqtay Güləliyevin həyat yoldaşı Afət Güləliyeva çıxış edib. 

Daha sonra 44 günlük Vətən Müharibəsinin gerçəklərini əks etdirən sənədli film nümayiş olunub. Sonda isə iştirakçılara “Simurq” kitabxanasının fondundan bədii ədəbiyyat nümunələri hədiyyə olunub.

Allah şəhidlərimizə rəhmət etsin!









Sosial həyat