Dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb

post-img

Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Abşeron rayon sakini olan bir nəfərin 12.000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 40 yaşlı F.Qəhrəmanov saxlanılıb. 

DİN mətbuat xidmətinin XQ-yə verdiyi məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir nəfərin 9000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 41 yaşlı qadın və Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə şəhər sakini olan bir nəfəri aldadaraq hesabına 500 manat ödətdirməkdə şübhəli bilinən 33 yaşlı C.Yusifov da müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır. 

Ümumiyyətlə, polis əməkdaşlarının sentyabrın 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat