Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılıb

post-img

Polis əməkdaşlarının sentyabrın 18-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib. 

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Sentyabrın 18-də polis əməkdaşları həm də itkin düşmüş kimi axtarışda olan 6 nəfəri taparaq aidiyyəti üzrə təhvil veriblər. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat