Azərbaycanın evsahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar olaraq Naxçıvanda veloyürüş keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, muxtar respublikanın Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşan kütləvi-mədəni idman aksiyasında yaşı 14-dən yuxarı olan 250-dən çox insan öz velosipedi ilə iştirak edib.
Rəsmi çıxışlardan sonra iştirakçılar start xəttinə dəvət olunub və yürüşə start verilib. İştirakçılar təyin olunmuş bir dövrəlik marşrut üzrə 8000 metr məsafə qət ediblər. Nəticələrə gəlincə, kişilər arasında Asiman Cabbarov, qadınlarda isə Zöhrə Sadiqova finişə birinci çatıblar. Cavid Qasımlı və Fatimə Məmmədli ikinci, Elvin Mikayılzadə ilə Aydan Qasımlı isə üçüncü olublar.
İlk üç yerin sahiblərinə nazirliyin diplom və medalları, eləcə də sponsorların hədiyyələri təqdim olunub.
XQ