Əzgil bütöv aptekdir, faydalılıqda təkdir

post-img

Tərkibi olduqca zəngin olan əzgil çox xeyirli meyvədir. Bu meyvədə C, A, B1, B2, B3, B6, B9 vitaminləri, kalium, dəmir, maqnezium, yod, kalsium, fosfor, selen, sink, orqanik turşular, pektin və s. kimi faydalı maddələr var.

Dietoloqlar bildirirlər ki, əzgildən hələ qədim zamanlarda da təbii dərman kimi is­tifadə olunub. Kal əzgil ilə ishalı, dəymiş əzgil ilə qəbizliyi müalicə ediblər. Fiton­sidlərlə zəngin olan əzgil nəfəs yollarının iltihabları və bronxial astma zamanı çox faydalıdır. Xalq təbibləri əzgil əzməsinin balla qarışığı ilə öskürək, bronxit, astma və digər xəstəlikləri sağaldıblar. Bu qarı­şıq, həmçinin ürək və qaraciyər üçün də çox faydalıdır. Qaraciyəri möhkəmləndirir, ürəyin fəaliyyətini yaxşılaşdırır, təzyiqi aşağı salır. Əzgilin əzməsini eyni miqdar­da balla qarışdırır və gündə 2 dəfə 1 xörək qaşığı qəbul edirlər.

Əzgilin yarpaqlarının da müalicəvi xüsusiyyətləri var. Yarpaqların dəmləmə­si nəfəs yollarını təmizləyir, bəlğəmi du­rulaşdırır, iltihabları azaldır. Dəmləməni hazırlamaq üçün 1 xörək qaşığı yarpağı 1 stəkan suda 30 dəqiqə dəmləyir, süzür və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi qə­dər qəbul edirlər.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat