Son baharın nəfəsi duyulur

post-img

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bölgələrdə isə 34 dərəcə isti olacağı gözlənilir. Bu barədə mətbuata Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron ya­rımadasında mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 27-31° isti olacaq. Atmosfer təz­yiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 faiz, gün­düz 40-50 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Ha­vanın temperaturu gecə 16-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gün­düz 13-18° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya