Abşeronda “Bilik günü”

post-img

Abşeron rayonunda 2024–2025-ci tədris ili üzrə ali məktəbə daxil olan və birinci sinfə gedəcək şəhid övladları, o cümlədən yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib.

“Bilik Günü” münasibətilə keçirilən görüş Xır­dalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunub. 

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək, bu il ali məktəblərə keçirilən imtahanlarda uğur qazanan abituriyentləri və mək­təblərə ilk qədəmlərini qoyan şəhid övladlarını təb­rik edib, onlara təhsil həyatlarında müvəffəqiyyətlər arzulayıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi, “Dəmir yumruq” ətrafında sıx birləşən xalqımızın və ordu­muzun qəhrəmanlığı sayəsində torpaqlarımız düşmən əsarətindən azad olunduqdan sonra bütöv müstəqil Azərbaycanda təhsilin tədrisinə başlanıb. 

Sonda şəhid övladları olan birincilərə və tələbə adını qazanmış şəhid övladlarına, o cümlədən yüksək bal toplamış abituriyentlərə hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Abşeron rayonu ərazisində yaşayan 81 şəhid övladı məktəbli ləvazimatları ilə təmin olu­nub.

XQ

Sosial həyat