“Özünəməşğulluq fəaliyyətinin təşviqi” layihəsi yekunlaşıb

post-img

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnnovativ İnkişafa Dəstək” ictimai birliyinin icra etdiyi “Özünəməşğulluq fəaliyyətinin təşviqi” layihəsi yekunlaşdırılıb.

Layihə çərçivəsində Quba, Qusar və Siyəzən rayonlarının hər birindən 20 nəfər qadın olmaqla, ümumilikdə 60-dan çox qadın üçün məlumatlandırma təlimləri keçirilib.

İctimai birliyin sədri Hümmət Əliyev bildirib ki, layihənin məqsədi özünəməşğulluq fəaliyyətini qurmaq istəyən və ya bu sahədə məlumatı olmayan xanımların məlumatlılıq səviyyəsini artırmaqdır.

Məlumatlandırma təlimlərində təlimçi Rafət Şirəliyev tərəfindən xanımlara özünəməşğulluq fəaliyyətinin qurulması, onun üstünlükləri, sahibkarlıq, mikro və kiçik sahibkarlıqların idarə edilməsi, dövlət dəstəyi proqramları və onlardan faydalanmağın yolları kimi mövzular üzrə təlim həyata keçirilibdir. Mövcud işlərlə bağlı müzakirələr aparılıb, komanda işləri həyata keçirilib və təkliflər dinlənilib. Təlimlərin sonunda iştirakçı xanımlara sertifikatlar təqdim edilib.

 

Rizvan FIKRƏTOĞLU

XQ



Sosial həyat