Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir.
İclasda müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri, iqtisadi-ticari əlaqələrin yeni layihələr əsasında genişləndirilməsi, enerji, nəqliyyat-logistika, əmək və sosial müdafiə, kənd təsərrüfatı, təhsil və digər sahələrdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilir.
Tədbirin sonunda iclasın yekunlarına dair protokol imzalanması gözlənilir.