Ağstafada Milli Mətbuat Günü

post-img

22 İyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Ağstafada tədbir keçirilib
Tədbiri Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucov açaraq mətbuat işçilərini təbrik edib. Qeyd olunub ki, Azərbaycanda Milli Mətbuat Günü 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin buraxıldığı günə görə qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Mətbuat Şurası yaradılıb və mətbuat haqqında müvafiq qanunlar qəbul olunub. Ulu öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib, media işçilərinə dövlət qayğısının təməli qoyulub. Bu qayğı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir, media işçilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülür.

       Çıxış edənlər göstərilən diqqətə görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.

       Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Ağstafa şəhəri.









Sosial həyat