AMEA-da yubiley hazırlığına başlanıb

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə hazırlıq məqsədilə qurumun prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə müşavirə keçirilib.

Akademik İsa Həbibbəyli yubileyin yüksək səviyyədə qeyd olunması məqsə­dilə AMEA Rəyasət Heyətinin qərarı ilə komissiya yaradıldığını və tədbirlər planı müəyyən edildiyini söyləyib. Diqqətə çat­dırılıb ki, 2025-ci ilin mart ayında AMEA-nın yaradılmasının 80 ili tamam olacaq və bu illər ərzində akademiya Azərbay­can xalqının elmi və ictimai fikir tarixində, sosial-mədəni tərəqqisində, ölkəmizin in­kişafında mühüm rol oynayıb.

Toplantıda yubiley münasibətilə “Elm” nəşriyyatında çap olunacaq biblioqrafiya və monoqrafiyaların, xüsusilə, akademik və müxbir üzvlər, fəxri və xarici üzvlər, görkəmli elm xadimləri haqqında ensiklo­pedik məlumatların yer alacağı “Simalar” kitabının, tanıtma broşürlərinin, yubiley tədbirlərində iştirakı nəzərdə tutulan xa­rici ölkələrin akademik qurumlarının ilkin siyahısının hazırlanması barədə müza­kirələr aparılıb.

Akademiyanın tarixindən bəhs edən sənədli filmin və elektron təqdimatla­rın hazırlanması vəziyyəti ilə tanış olan AMEA rəhbəri yubileylə bağlı bir sıra zəruri tədbirlərin yüksək səviyyədə təş­kili barədə müvafiq tövsiyələrini çatdırıb. Akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyi ilə bağlı Rəyasət Heyəti apa­ratının binasında yaradılmış “Akademi­ya muzeyi”nə də baxış keçirib, muzeyin eksponatlarla zənginləşdirilməsi, eləcə də zəruri avadanlıqlarla təchiz olunması barədə tapşırıq verib.

Qabil YUSİFOĞLU
XQ

Sosial həyat