Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Dondar Quşçu kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 1 tondan artıq olan 3173 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Məlumatı DİN mətbuat xidməti verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 11-də ümumi çəkisi 7 kiloqramdan artıq narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
P.ƏMİRCANOV
XQ