Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib.
İyulun 11-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 tüfəng və 33 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.
Keçirilən tədbirlərlə qanunsuz saxlanılan 1 patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.
P.ƏMİRCANOV
XQ