Polis əməkdaşlarının iyulun 11-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Bakı şəhər sakini olan aldadılmış qadın 8000 manat pulunun alınması və adına kreditə mobil telefon götürülməsi ilə bağlı Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş N.Hacızadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ