Azərbaycanda Ermənistanla sülh müqaviləsinin imzalanması dəstəklənir.
XQ-nin məlumatına görə, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin mütləq əksəriyyəti Ermənistanla sülhün tərəfdarı olduqlarını bildiriblər.
Belə ki, iyunun 10-22 tarixlərində, yaşı 18 və yuxarı olan 1152 respondent arasında keçirilən sorğu zamanı 83,8% respondent “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına “bəli, dəstəkləyirəm”, 13,5%-i “xeyr, dəstəkləmirəm” cavabını verib.
Respondentlərin 2,7%-i isə bu suala rəyini bildirməkdə çətinlik çəkib.
STM-də hesab edirlər ki, sorğunun nəticələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə cəmiyyətdə geniş dəstəyin olduğunu göstərir.