16 kiloqramdan artıq narkotik vasitə tutulub

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 28-də ümumi çəkisi 16,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. 

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 1,8 kiloqramdan artıq heroin, 9,6 kiloqramdan çox marixuana, 5 kiloqramdan artıq tiryək, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 22 ədəd çətənə kolundan ibarət olub.

Bu istiqamətdə mübarizə davam etdirilir. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat