Qayıdışın məşğulluq layihələri

post-img

Yarmarkada 24 işəgötürən 335 vakansiya təqdim edib

Böyük Qayıdış proqramına uyğun olaraq Dövlət Məşğulluq Agentliyi iş­ğaldan azad olunmuş ərazilərimizə kö­çürülən sakinlər üçün fəal məşğulluq proqramlarını davam etdirir. Agentlik Laçın rayonunda Azərbaycan Pre­zidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə növbəti əmək yarmarkası təşkil edib.

Aksiyada dövlət və özəl sektordan 24 işəgötürən iştirak edib və müxtəlif fəaliy­yət sahələri üzrə 335 vakansiya təqdim olunub. Əmək və əhalinin sosial müdafiə­si nazirinin müavini Anar Əliyev və Laçın­da Prezidentin xüsusi nümayəndəsi Mə­sim Məmmədov yarmarkada iştirak edən işəgötürənlərlə tanış olub, təqdim edilən boş iş yerlərilə maraqlanıblar.

İştirakçılara məşğulluq proqramları barədə məlumatlar verilib, namizədlərin qeydiyyatı aparılıb. 

***

Dövlət Məşğulluq Agentliyi Laçın şəhərinə, Zabux kəndinə və Zəngilan rayonunun Ağalı kəndinə köçürülən sakinlərdən daha bir qrup şəxsə özü­nüməşğulluq proqramı çərçivəsində avadanlıqlar verib.

Laçın rayonunda avadanlıqların təq­dim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və Prezidentin xüsusi nümayən­dəsi Məsim Məmmədov da iştirak ediblər. Onlar proqram iştirakçıları ilə görüşüb, həmin sakinlərin yeni qurduqları təsər­rüfatlarla bağlı planları ilə maraqlanıblar. 

Verilmiş avadanlıqlar hesabına proq­ram iştirakçıları un məmulatları istehsa­lı, avtomobil şinlərinin bərpası və təmiri, qadın gözəllik salonu, dərzi sexi, qapı və pəncərə istehsalı, fotoatelye xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar. Doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı çərçivəsində təsərrüfat yaradanların sayı 103-ə çatıb.

Zərifə HÜSEYNOVA
XQ



Sosial həyat