Azərbaycan sülh və inkişafa töhfəsini artırır

post-img

Azərbaycan Respublikası 148 ölkənin səs çoxluğu ilə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2025–2027-ci illər üzrə üzvlüyünə seçilib. 

Xarici İşlər Nazirliyinin Mətbuat Xid­məti İdarəsindən AZƏRTAC-a bildirilib ki, ECOSOC üzvlüyünə seçkilər BMT Təhlükəsizlik Şurasından sonra ən rəqabətli seçkilər hesab olunur. Azər­baycan Respublikası indiyədək iki dəfə – 2003–2005-ci və 2017-2019-cu illərdə ECOSOC-un üzvü olub. Əlli dörd üzvü olan ECOSOC BMT-nin əsas orqan­larından biri olub, BMT-nin 14 ixtisas­laşmış təşkilatının, onların funksional komissiyalarının və 5 regional komis­siyanın iqtisadi, sosial sahələrdə işini əlaqələndirir.

Qeyd olunub ki, BMT-nin İqtisadi və Sosial Şurası kimi mötəbər quruma Azərbaycanın belə yüksək səslə üzv se­çilməsi ölkəmizin beynəlxalq nüfuzunun və sosial-iqtisadi sahədə son onillikdə əldə etdiyi nailiyyətlərə beynəlxalq icti­maiyyətin verdiyi yüksək qiymətin göstə­ricisidir.

Vurğulanıb ki, Azərbaycan Şuraya üzvlüyü dövründə hər zaman olduğu kimi, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq beynəlxalq sülh və inkişafa öz töhfəsini verəcək.

Siyasət