Zəri zərgərə verin...

post-img

Bu günlərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmiş işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynur Familqızı “Facebook”da düşündürücü bir paylaşım edib. Orada yazılır:

“Deyirlər ki, ilk konsertindən sonra anası Motsartdan soruşub:

– Oğlum, konsertin necə keçdi? 

Gələcəyin böyük bəstəkarı belə cavab verib:

– Böyük alqışlar qazandım... 

Ana sevinir və bu dəfə dinləyicilərin sayı ilə maraqlanır:

– Orada çoxmu insan var idi?

Motsartın cavabı anasını şoka salır:

– Bir adam var idi, amma mənim ifamı çox ürəkdən alqışladı...”

Yeri gəlmişkən, dahi Avstriya bəstəkarı Volfqanq Amadey Mot­sart ilə anası arasında belə bir dialoqun, həqiqətən, olub-olmadığı­nı təsdiq və ya inkar etmək çətindir. Məlumdur ki, dahi bəstəkarın hər bir ifası və yazdığı ölməz bəstələr hələ uşaq yaşlarından Av­ropanın ən böyük və nüfuzlu konsert saraylarında dərin rəğbət və sonsuz heyranlıqla qarşılanıb. 

Yuxarıdakı hekayətdən doğan məntiq isə budur ki, hər bir insan qədri bilindiyi, varlığı hiss olunduğu yerdə dəyərlidir. Sadəcə, mə­kan və zaman düzgün seçilməlidir. Sizə öz sevgisini əsirgəməyən insanların yanında olun! 

Təqdim etdi:
M.HACIXANLI
XQ

Sosial həyat