2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Ana təbiətin mühafizəsi ilə əlaqədar hər yerdə olduğu kimi, təhsil müəssisələrində də müvafiq işlər aparılır.
Məktəblilərin ekoloji biliyini artırmaq, bu sahədə onların mədəniyyət səviyyəsini yüksəltmək məqsədilə Bakı şəhəri M.Səhriyar adına 193 saylı məktəbdə “Yaşıl dünya naminə–2024” adlı toplantı keçirilib.
Tədbirdə çıxış edənlər bəşəriyyəti narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri, onların ətraf mühitə mənfi təsiri və bu problemlərin həll edilməsində təbiətə qayğının vacibliyi haqqında danışıblar.
Məktəbdə şagirdlərin əl işləri – rəsmlər, maketlər sərgilənib, təbiətə həsr edilən mahnılar səsləndirilib.
Zülfiyyə ZİYA
XQ