Yaz aylarında “az qala” hər yeməyin yanında süfrəyə gətirilən xiyar sağlamlıq üçün çox faydalı bir tərəvəzdir. Onun qabığı da əsl vitamin mənbəyi, lif qaynağıdır.
Xiyarın yaşıl qabığında olan lif, vitaminlər və antioksidantlar sağlamlığa faydalı təsir göstərir. Mütəxəssislərin fikrincə, xiyar qabığının ən mühüm faydası immunitet sistemini gücləndirməsidir.
Həzm prosesini asanlaşdıran xiyar və qabığı müntəzəm qəbul edildikdə mədə problemlərini aradan qaldırır. Xiyarın tərkibindəki bol su həzmi dəstəkləyir və bədənin maye balansını qoruyur. Buna görə də, xiyarı qabıqlı yemək tövsiyə olunur.
Bir çox insanı maraqlandıran əsas məsələ xiyar qabığının dəriyə təsiridir. Qabıqdakı silisium mineralı saç və dırnaqları gücləndirməyə kömək edir, antioksidantlar qırışları azaldır, dərini sağlam və gənc göstərir.
Xiyardan faydalanmaq üçün qabıqlarını qaynadıb çay kimi də içmək olar. Qabıqlar arıqlamağı asanlaşdırır.
Z.HÜSEYNLİ
XQ