Qəbələ şəhərinin İ.Qaibov küçəsində fəaliyyət göstərən “RN” ərzaq mağazasında planlı yoxlama aparılıb.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Eyni zamanda yararlılıq müddəti bitmiş 9 adda qida məhsulunun satışının həyata keçirildiyi, qida məhsullarının üzərindəki etiketlənmədə uyğunsuzluqların olduğu aşkarlanıb.
Faktla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülüb, “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” Qərar qəbul edilib.
Həmçinin uyğunsuzluqların aradan qaldırılması istiqamətində metodiki dəstək göstərilib.