Qeyri-formal məşğulluqla mübarizə

post-img

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbə­ti iclasında dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alın­masına dair Tədbirlər Planı” çərçivəsin­də 2023-cü il ərzində görülmüş işlər, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib. Bu barədə XQ-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bil­dirilib.

Qeyd edilib ki, Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əh­mədov 2023-cü il ərzində qeyri-formal məş­ğulluğun qarşısının alınması sahəsində görül­müş işlər və əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib. Son illər dövlət tərəfin­dən həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatları­nın ödənilməsi və layiqli həyat səviyyələrinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olduğu bildirilib. Komissiyanın fəaliyyəti dövründə əmək müqaviləsi bildirişlərinin sa­yında 41,8 faiz, fiziki şəxs fərdi sahibkarların sayında 66,4 faiz, sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etmiş sabit vergi ödəyicilərinin sayında isə 7,5 dəfədən çox artımın qeydə alındığı vurğula­nıb. 

Mərasimdə əmək və əhalinin sosial mü­dafiəsi nazirinin müavini, Qanunvericilik və idarəetmə üzrə işçi qrupunun rəhbəri Anar Əliyevin əmək münasibətlərinə və bu sahədə qeyri-formal məşğulluğun qarşısının alınma­sı üçün hazırlanmış qanunvericilik layihələ­rinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, Qeyri-formal məşğulluq nəticəsində yaranan gəlirlərin gizlədilməsinin səbəblərinin araşdırılma­sı üzrə işçi qrupun rəhbəri İlkin Vəliyevin qeydiyyatsız əmək fəaliyyətinin qarşısının alınması sahəsində görülmüş tədbirlər və vergi nəzarəti tədbirlərinə dair məruzələri dinlənilib. 

Kənd Təsərrüfatı Nazirliyinin nümayən­dəsi aqrar sahədə qeyri-formal məşğulluğun əsas xüsusiyyətləri, qlobal statistik göstə­ricilər, mövsümi (müvəqqəti) məşğulluq­la əlaqədar münasibətlərin tənzimlənməsi mexanizmləri ilə bağlı dünya təcrübəsi və aqrar sahədə çalışan mövsümi işçilər üzrə tən­zimlənmənin təkmilləşdirilməsi üzrə təqdi­mat edib. “Azərbaycan Respublikasında qey­ri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar təqdim ediləcək hesabatın layihəsi müzakirə olunaraq qəbul edilib.

Sonda komissiyanın sədri tərəfindən qarşıda duran vəzifələrlə bağlı, o cümlədən ölkədə qeyri-formal məşğulluq sahəsində qa­nunvericilik aktlarının təkmilləşdirilməsinə, nəzarət tədbirlərinin gücləndirilməsinə, çevik mexanizmlər vasitəsilə işəgötürənlər və işçilə­ri əmək müqaviləsi bağlamağa stimullaşdıran tədbirlərin, həmçinin maarifləndirici tədbirlə­rin artırılmasına dair tapşırıqlar verilib. 

Z.HÜSEYN
XQ

Sosial həyat