“Adın şərəflidir sənin, ey qadın!”

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar tədbir keçirilib.

Milli Məclisin deputatlarının, dövlət və özəl sektor, qeyri-hö­kumət, beynəlxalq təşkilatların nümayəndələrinin, həmçinin res­publikanın bütün regionlarından qadınların, görkəmli ictimai-si­yasi xadimlərin iştirak etdikləri tədbirdə Prezident İlham Əliyevin Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubu oxunub.

Məktubu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların çalışdıqları hər sahədə uğur qazanmaları üçün ölkəmizdə bütün şəraitin ya­radıldığını bildirib. Qeyd edib ki, dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərilir, onların əməyi yüksək qiymət­ləndirilir.

Bahar Muradova bildirib ki, son 20 ildə dövlət idarəçiliyində gender amilinə diqqət artırılıb, qadın hüquqlarının təminatı, on­ların səlahiyyətləndirilməsi və iqtisadi cəhətdən gücləndirilməsi istiqamətində böyük irəliləyişlər əldə edilib. 

Diqqətə çatdırılıb ki, ölkəmizdə ictimai həyatın bütün sahələ­rində qadınların rolu ildən-ilə daha da artır, ictimai, sosial-iqtisa­di, mədəni, mənəvi sahələrdə qadınlar fəal iştirak edirlər.

Sonra dövlətimizin qadın siyasətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbir konsert proqramı ilə davam edib.

XQ



Sosial həyat