Hikmət Hacıyevin Türkiyənin XİN başçısının müavini ilə görüşü

post-img

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serimlə regional normallaşma proseslərini müzakirə edib.

Bu barədə Türkiyə XİN-in mətbuat xidməti sosial şəbəkədə bildirib.

“Nazir müavinimiz Yasin Ekrem Serim Azərbaycana səfəri çərçivəsində Prezi­dent Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacı­yev tərəfindən qəbul edilib.

Görüşdə qardaşlıq münasibətlərimiz və regional normallaşma prosesi ətrafın­da fikir mübadiləsi aparılıb”, – paylaşım­da qeyd olunub.

Son xəbərlər