Ankara ilə hərbi əməkdaşlığın yeni hədəfləri

post-img

Ankarada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb.

Nümayəndə heyətlərinin iştirakı ilə ke­çirilən görüşdə qonaqlara qardaş ölkənin milli müdafiə naziri onları Türkiyədə gör­məkdən məmnunluğunu bildirib. Y.Gülər ölkələrimiz arasında qarşılıqlı inam, eti­mad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcə­yinə əminliyini ifadə edib.

Müdafiə naziri türkiyəli həmkarına göstərilən qonaqpərvərliyə görə min­nətdarlığını bildirib. General-polkovnik Z.Həsənov Azərbaycan və Türkiyə döv­lət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əmək­daşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb.

Görüşdə hərbi, hərbi-texniki, hər­bi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükə­sizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

***

Həmin gün müdafiə naziri gene­ral-polkovnik Zakir Həsənovun rəhbər­lik etdiyi nümayəndə heyəti Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gü­rak ilə də görüşüb. 

XQ

Son xəbərlər