Erməni soyqırımları və beynəlxalq hüquqi məsuliyyət

post-img

Dünən Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Hüquq və İnsan Haqları İnstitutu ilə birgə “Soyqırımı cinayətinə görə beynəlxalq hüquqi məsuliyyət” mövzusunda dəyirmi masa keçirib. 

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə toplantını giriş sözü ilə açaraq bildirib ki, hüquqşünas alimləri­miz erməni millətçi-separatçıla­rının xalqımıza qarşı törətdikləri soyqırımları və müharibə ci­nayətləri barədə faktları dünya ictimaiyyətinə çatdıran, caniləri ittiham edən tədqiqatlar aparıb, çoxsaylı əsərlər yazıblar.

Vəkillər Kollegiyası Aka­demiyasının rektoru, profes­sor Əmir Əliyev isə qeyd edib ki, xalqımıza qarşı ağır cinayətlərin təş­kilində və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılıb. 

Milli Məclisin deputatı Bəhruz Məhər­rəmov, İstanbul Universiteti hüquq fa­kültəsinin professoru Fethi Gedikli, An­kara Universitetinin professoru Cavid Abdullazadə, ANAMA-nın nümayəndəsi Fərhad İsayev, BDU hüquq fakültəsinin dekanı Zaur Əliyev, cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, dosent Əlövsət Allahverdi­yev, BDU Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz, Vəkillər Kollegiyası­nın Rəyasət Heyətinin üzvü İlhamə Həsə­nova, Hüquq və İnsan Haqları İnstitutu­nun əməkdaşı İlham Malikoğlu mövzu ilə bağlı çıxış ediblər. 

Müzakirələr zamanı “Soyqırımı ci­nayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiya­nın müddəaları təhlil olunub, həmçinin müasir şəraitdə soyqırımı törədən şəxs­lərin cinayət məsuliyyətinə cəlb edilməsi mexanizmlərinə toxunulub.

Qabil YUSİFOĞLU
XQ

Son xəbərlər