Milli Məclisdə görüşlər

post-img

Martın 6-da Milli Məclisin Sədri Sahibə Qafarova UNICEF-in Azərbaycandakı nü­mayəndəliyinin rəhbəri Saca Faruq Abdullahı qəbul edib. Qonağı Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən spiker onun UNICEF-in Azərbay­candakı nümayəndəsi kimi fəaliyyəti, bu təşkilatla ölkəmiz arasında əməkdaş­lığın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Qeyd olunub ki, Azərbaycan BMT-yəüzv olduqdan sonra təşkilatın müxtəlif qurumları ilə fəal əməkdaşlıq əlaqələ­ri qurub. UNICEF ilə ölkəmiz arasında əməkdaşlıq da Azərbaycanın müstəqil­liyinin ilk günlərindən başlayıb. Ötən il bu təşkilatın respublikamızdakı fəaliy­yətinin 30 illiyi qeyd olunub. Hazırda bu qurumla Azərbaycanın müxtəlif dövlət təşkilatları, o cümlədən, Milli Məclis ara­sında yaxşı əməkdaşlıq əlaqələri möv­cuddur.

S.Qafarova Milli Məclisin qadın, ailə və uşaq məsələləri üzrə qanunve­ricilik sahəsində fəaliyyəti haqqında da məlumat verib. Deyib ki, Milli Məclisdə uşaqlarla bağlı 35 qanun qəbul edilib, 100-dən çox qanuna əlavə və dəyi­şikliklər olunub. Sədr xatırladıb ki, bir neçə gün əvvəl Azərbaycan parlamen­ti “Məişət zorakılığı haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun qəbul edib. 

Görüşdə, həmçinin Azərbaycanın iş­ğaldan azad olunan ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, keç­miş məcburi köçkünlərin öz yurdlarına qayıtması barədə də məlumat verilib. Bununla yanaşı, Azərbaycan parlamen­tinin UNICEF ilə əməkdaşlıq məsələləri də nəzərdən keçirilib və bir sıra tədbir­lərin birlikdə həyata keçirildiyi bildirilib.

UNICEF-in Azərbaycandakı nü­mayəndəliyinin rəhbəri Saca Faruq Abdullah ölkəmizi BMT-nin İqlim Də­yişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası –COP29-a evsahibliyi etməsi üçün seçil­məsi münasibətilə təbrik edib. Qonaq bildirib ki, bu qərar Azərbaycanın sözü­gedən sahədə əldə etdiyi nailiyyətlərin yüksək səviyyədə tanınması deməkdir.

O, Azərbaycanda uşaq hüquqları­nın qorunması istiqamətində mühüm nailiyyətlər əldə olunduğunu xatırladıb. Bunlar Davamlı İnkişaf Məqsədlərinə də uyğundur. 

***

Dünən Milli Məclisin Sədri Sahibə Qafarova Latviya Respublikasının ölkə­mizdəki fövqəladə və səlahiyyətli səfiri Edqars Skuyanı qəbul edib. Azərbaycan və Latviyanın dost və tərəfdaş ölkələr olduğunu vurğulayan spiker ikitərəfli münasibətlərimizin zəngin tarixə malik olduğunu, qarşılıqlı təmasların, ali və yüksək səviyyəli səfərlərin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə töhfə verdiyini bildirib.

Görüşdə bu il Azərbaycan və Latvi­ya arasında diplomatik əlaqələrin qu­rulmasının 30 illiyinin qeyd olunduğu, ötən dövr ərzində ölkələrimiz arasında müxtəlif sahələr üzrə münasibətlərin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Söhbət zamanı parlamentlər arasın­da əlaqələrin daha da inkişafı ilə bağlı perspektivlərə dair də fikir mübadiləsi aparılıb. Sədr bəzi beynəlxalq təşkilat­larda Azərbaycana qarşı ikili standartla­rın mövcud olduğunu diqqətə çatdırıb. O, bu çərçivədə Avropa Şurası Par­lament Assambleyasının Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsini tənqid edərək deyib ki, AŞPA bu cür yanlış yanaşma­dan imtina etməlidir.

Göstərilən yüksək qonaqpərvər­liyə görə minnətdarlığını bildirən səfir Edqars Skuya ölkəmizdə gedən inki­şaf proseslərinin onda dərin təəssürat yaratdığını söyləyib. Diplomat ölkəmizi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a evsahibli­yi etməsi üçün seçilməsi münasibətilə təbrik edib.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər