COP29: ekoloji həmrəylikdən birgə səylərə

post-img

Dünən xarici işlər naziri Ceyhun Bayramov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq perspektivlə­ri, habelə cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər müzakirə olunub.

COP29-a sədrliyimiz çərçivəsində aparılan substantiv danışıqlar prosesi, ha­belə 29-cu sessiyaya hazırlıq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, sədrliyimizin əsasən qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə maliyyə resursları və investisiyaların cəl­binə vurğu etdiyini söyləyib. Bu istiqamət­də dövlətlərlə yanaşı, beynəlxalq maliyyə institutlarının prosesə mümkün töhfəsinin müəyyən edilməsi istiqamətində təmasla­rın aparılması baxımından Dünya Bankı­nın mühüm platforma rolu oynaya biləcəyi qeyd olunub.

Müqabil tərəf Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edərək, ölkə­mizin uğurlu sədrlik təcrübəsi nümayiş etdirəcəyinə, habelə sədrlik prioritetlə­rinə müvafiq olaraq beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndi­riləcəyinə dair inam ifadə edib. Xüsusilə, COP29 çərçivəsində müəyyənləşəcək qlobal öhdəliklərin öz praktiki icrasını tap­ması istiqamətində addımlar atılmasının vacibliyi qeyd olunub, Dünya Bankının bu istiqamətdə təşəbbüslərin dəstəklənmə­sinə hazır olduğu vurğulanıb.

***

Martın 6-da xarici işlər naziri Cey­hun Bayramov Konqo Prezidentinin strateji məsələlər və beynəlxalq əmək­daşlıq üzrə şəxsi nümayəndəsi Fran­sua Joli ilə də görüşüb.

Görüşdə Afrika ölkələri ilə əməkdaş­lığın inkişafının ölkəmizin əsas xarici siyasət prioritetlərindən biri olduğu vur­ğulanıb. Azərbaycan ilə Konqo arasında siyasi, iqtisadi-ticarət və energetika, eləcə də təhsil və humanitar sahələrdə münasi­bətlərin genişləndirilməsi üçün geniş im­kanların mövcud olduğu bildirilib.

Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq təsisatlar və platformalar çər­çivəsində ölkələrimizin qarşılıqlı dəstəyin­dən məmnunluq ifadə olunub. Qoşulma­ma Hərəkatına (QH) üzv dövlətlər üçün təqaüd proqramı çərçivəsində konqolu tələbələrin ölkəmizdə təhsil almaları, Hərəkatın Gənclər Təşkilatında nümayən­dələrin iştirakı üçün imkanlar nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov bu il ölkə­mizdə keçiriləcək BMT-nin İqlim Dəyişik­liyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əlavə əməkdaşlıq imkanları yaratdığını diqqətə çatdırıb. 

XQ

Son xəbərlər