694 min pensiya, müavinət və təqaüd e-sistemdə təyin edilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq, pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

Nazirlikdən verilən məlumata görə, bu il fevralın 1-dək həmin sosial təminat növləri üzrə 694 min (o cümlədən pensi­ya üzrə 107 min, müavinət və təqaüdlər üzrə 587 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bununla da vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, hə­min sosial ödənişlər onlara proaktiv qay­dada təyin edilib.

XQ

Sosial həyat