Azərbaycan–Latviya əlaqələri genişlənir

post-img

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov bu ölkənin daxili işlər naziri Rihards Kozlovskislə görüşüb. 

Söhbət zamanı Elnur Sultanov Azərbay­can ilə Latviyanın strateji tərəfdaşlıq səviy­yəsində olan əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini və əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı poten­sialın olduğunu vurğulayıb.

Nazir Rihards Kozlovskis iki ölkə ara­sında ali və yüksək səviyyələrdə həyata keçirilmiş səfərlərin əhəmiyyətini vurğu­layıb, Azərbaycanın Latviya üçün Cənubi Qafqaz regionunda vacib tərəfdaş oldu­ğunu bildirib. 

XQ

Son xəbərlər