Belarusla tərəfdaşlıq strareji önəm daşıyır

post-img

“Biz Azərbaycanla strateji tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk”. Bu fikri fevralın 15-də Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyevin etimadnaməsini qəbul edərkən Prezident Aleksandr Lukaşenko söyləyib.

A.Lukaşenko bu yaxınlarda keçi­rilən prezident seçkilərində xalqın böyük dəstəyini qazanmış İlham Əliyevə kons­truktiv yanaşmasına görə xüsusi minnət­darlığını bildirib. Dövlət başçısı maraq doğuran sahələrdə məsələlərin həlli üçün iki ölkə liderləri arasında əldə olunan ra­zılaşmalardan daha fəal faydalanmağı təklif edib.

XQ

Siyasət