İlham Əliyevin qələbəsi Küveytdə avtoyürüşlə qeyd olunub

post-img

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin parlaq qələbə qazanması dünya azərbaycanlıları tərəfindən yüksək sevinc və coşqu ilə qarşılanıb. 

Seçkilərin nəticələri rəsmən elan edildikdən sonra təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda da əsl bayram əhval-ruhiyyəsi yaranıb. Soydaşlarımız bu əlamətdar hadisəni müxtəlif tədbirlərlə qeyd ediblər.   

Küveytdə fəaliyyət göstərən “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə  Əl-Küveyt şəhərində Azərbaycan icmasının iştirakı ilə avtoyürüş keçirilib. Azərbaycanın Dövlət Bayrağına bürünmüş maşınlar milli və vətənpərvərlik musiqilərinin sədaları altında Küveytin mərkəzi meydan və küçələrində hərəkət ediblər. Avtoyürüş Küveyt ictimaiyyətinin diqqətini cəlb edib.

Sonda avtoyürüş Azərbaycanın Küveytdəki səfirliyində tamamlanıb.

Anar ƏLİ

XQ

 

Sosial həyat