Fəxralı kəndində şəhid ailəsi ziyarət olundu

post-img

Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birlikdə  Fəxralı  kəndində Vətən Müharibəsi şəhidi Yusifov Kərim Həsrət oğlunun ailəsini evində ziyarət edib, şəhid ailəsinin sosial qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, Kərim Yusifov 1995-ci il avqustun 1-də Goranboy rayonunun Fəxralı kəndində anadan olub. 2001-ci ildə Fəxralı kəndindəki T. Sadıqov adına Faxralı kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilib və 2012-ci ildə həmin məktəbi bitirib. 

Hərbi xidmətini başa vurduqdan sonra 2016-сı ildən etibarən Tərtər rayonunda N saylı hərbi hissədə MAXE hərbi qulluqçu kimi işə başlayıb. 2020-ci ilin sentyabr ayında məzuniyyətdə olmasına baxmayaraq, vəziyyətlə əlaqədar olaraq sentyabrın 26-da geriyə, hərbi hissəyə qayıdıb. 

Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin azadlığı uğrunda gedən döyüşlərin ilk günündə, sentyabrın 27-də qəhrəmancasına şəhid olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn edilib.

Ölümündən sonra "İgidliyə görə" , "Laçının azad olunmasına görə" ,"Suqovuşanın azad olumasına görə" və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri







Sosial həyat