Ötən il 50,7 min şəxsə əlillik təyin edilib, 87,7 min şəxsə reabilitasiya xidməti göstərilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü il ərzində 50,7 min şəxsə əlillik təyin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-ə verilən məlumata görə, onlardan 25,2 mininə ilkin, 25,5 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.

Həmin dövrdə agentliyin reabilitasiya müəssisələrində 87,7 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Sosial həyat